“Azərbaycanda sürücü piyadadan qorxur” – Mütəxəssisdən sərt AÇIQLAMA - VİDEO

Azərbaycanda piyadaların yol hərəkəti qaydalarına münasibəti və sürücülərlə davranışı yenidən müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Avto FM”in efirində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb. O bildirib ki, Azərbaycanda piyadaların davranışı bir çox ölkələrdən fərqlənir:
“Dünyada nadir ölkələrdən biriyik ki, burada piyada avtomobildən qorxmur. Əksinə, sürücü piyadadan ehtiyat edir. Açıq etiraf etməliyik ki, vəziyyət həqiqətən belədir”.
Aqil Rəhimovun sözlərinə görə, problemin həlli üçün maarifləndirmə vacib olsa da, təkcə bununla kifayətlənmək mümkün deyil. O hesab edir ki, piyadaların qayda pozuntularına görə tətbiq edilən cərimələr sərtləşdirilməlidir:
“Maarifləndirmənin rolu böyükdür. Amma bununla yanaşı, cərimələr də artırılmalıdır. Hazırda bəzi yollarda tətbiq olunan 20 və 40 manatlıq cərimələr yetərli deyil. Əgər cərimələr 100 manat olsa, qayda pozan piyadalar davranışlarına daha ciddi yanaşarlar”.
Mütəxəssis qeyd edib ki, xüsusilə sürətli hərəkətin olduğu magistral və intensiv nəqliyyat axını müşahidə edilən yollarda piyadaların məsuliyyətsiz davranışı həm öz həyatlarını, həm də sürücüləri risk altında qoyur. Onun fikrincə, yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün həm nəzarət mexanizmləri gücləndirilməli, həm də ictimai məsuliyyət artırılmalıdır.
Eltac Züflüqaroğlu
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












