Bakıda sürücülər üçün gizli təhlükə – Sağa dönərkən DİQQƏT - VİDEO

Nərimanov rayonunda, “ASAN xidmət” mərkəzinin qarşısında yerləşən və Ziya Bünyadov prospekti ilə kəsişən yol sürücülər üçün təhlükəli məqamlardan biri hesab olunur. Xüsusilə ərazini ilk dəfə keçən və təcrübəsi az olan sürücülər burada diqqətli olmalıdırlar.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, yolayrıcında sağa dönmə zamanı sürücülərin yol hərəkəti qaydalarına uyğun hərəkət etməməsi qəza riskini artırır. Onun sözlərinə görə, burada sağa dönən avtomobillər iki zolaqdan hərəkət edir və əsas təhlükə sol zolaqdan dönən avtomobillərlə bağlı yaranır.
“Sağa yol ayrıcı var və “Yol ver” nişanı qoyulub. Mənim bildiyimə görə, Ziya Bünyadov prospekti istiqamətində baş yol nişanı yoxdur. Əgər belədirsə, həmin ərazidə baş yolun istiqamətini göstərən nişanın quraşdırılması məqsədəuyğun olardı”, – deyə Aqil Rəhimov qeyd edib.
Sol zolaqdan sağa dönən sürücülər çox vaxt diqqətlərini sola yönəldirlər. Bu isə onların sağ tərəfində hərəkət edən avtomobili görməməsinə və toqquşmaya səbəb ola bilər.
“Düşünün ki, ağ avtomobilin sürücüsü sola baxır. Biz isə hərəkətə davam etsək, həmin avtomobil bizi vura bilər. Ona görə də bu ərazidə sürücü qazı bir qədər azaltmalı, ehtiyatlı olmalıdır. Çünki sürücülərin böyük hissəsinin dönmə zamanı sola baxması ehtimalı yüksəkdir”, – deyə o bildirib.
Aqil Rəhimov əlavə edib ki, sağa dönərkən əvvəlcə sağdakı, o cümlədən avtobus zolağının nəzərə alınması, daha sonra isə digər zolağa keçilməsi vacibdir. Əks halda Ziya Bünyadov prospekti istiqamətindən yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün də təhlükəli vəziyyət yarana bilər.
O, sürücülərə xüsusilə bu yolayrıcında digər nəqliyyat vasitələrinin hərəkət istiqamətini və sürücülərin diqqətini nəzərə alaraq ehtiyatlı olmağı tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












