Bakının mərkəzində sürücüləri çətin vəziyyətə salan yolayrıcı – VİDEO

Bakının mərkəzində bəzi yolayrıclarında nişanlanma və hərəkətin təşkili sürücülər üçün ciddi çətinlik yaradır. Xüsusilə pik saatlarda belə ərazilərdə qəza riski də artır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sosial şəbəkədə paylaşdığı görüntüdə bu məsələyə diqqət çəkib.
Mütəxəssis bildirib ki, “İçərişəhər” metrostansiyası istiqamətindən Filarmoniya bağına, oradan isə aşağı Azneft dairəsinə hərəkət edən sürücülər üçün yolayrıcında mövcud “STOP” nişanı problem yaradır. Onun sözlərinə görə, nişanın yerləşdiyi nöqtədən sürücü soldan gələn nəqliyyat vasitələrini tam görə bilmir.
Aqil Rəhimov hesab edir ki, “STOP” xəttinin daha irəli, yol şəraitinin imkan verdiyi nöqtədə yerləşdirilməsi sürücünün digər istiqamətlərdən gələn avtomobilləri daha yaxşı görməsinə şərait yarada bilər.
“Bu yolayrıcından qaydaları pozmadan keçmək çox çətindir. Axşam saatlarında, xüsusilə pik vaxtlarda vəziyyət daha da ağırlaşır. Sürücü bir tərəfdən aşağıdan gələn avtomobilləri, digər tərəfdən isə yuxarıdan gələn nəqliyyat vasitələrini nəzərə almalıdır”, – deyə ekspert bildirib.
Problemin həlli üçün yolayrıcında svetoforun quraşdırılması və ya hərəkət istiqamətlərindən birində “STOP” və ya “Yol ver” nişanının tətbiqi variantları nəzərdən keçirilə bilər. Mövcud vəziyyət sürücüləri qayda pozuntusuna sövq etməklə yanaşı, qəza şəraitinin yaranmasına da səbəb olur.
Aqil Rəhimov aidiyyəti qurumları yolayrıcındakı hərəkətin təşkilinə yenidən baxmağa və sürücülər üçün daha təhlükəsiz həll tətbiq etməyə çağırıb.
Eltac Zülfüqaroğlu
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












