Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO

Yolda hərəkət edən sürücülərin əksəriyyəti sürətlənmə və tormozlama zolağından istifadə qaydalarını bilmirlər. Bu zolaqların mahiyyəti ondan ibarətdir ki, yola daxil olan və ya yoldan çıxan nəqliyyat vasitələrinin sürücüləri hərəkət olan zolaqlardakı avtomobillərə təhlükə yaratmasın.
“Yol hərəkəti haqqında” qanunda qeyd olunub ki, sürətlənmə zolağı olduqda sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir.
Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, əsas yola daxil olan "KIA" markalı avtomobilin sürücüsü sürətlənmə zolağından düzgün istifadə etməyərək əsas yola daxil olub. Bu zaman görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusunu törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.
Fərid
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












