Bir neçə günə 30 yaşını tamamlayan şəxs hərbi xidmətə getməlidirmi? – VƏKİL AÇIQLADI - VİDEO

Azərbaycanda hərbi xidmətlə bağlı yaş həddi, çağırış qaydaları və məsuliyyət məsələsi daim ictimai maraq doğuran mövzulardandır.
Avtosfer.az xəbər verir ki, xüsusilə 29 yaşında çağırış vərəqəsi alan, lakin cəmi bir neçə həftə sonra 30 yaşı tamam olacaq şəxslər arasında bir sual tez-tez gündəmə gəlir: əgər bu şəxs xidmətə getməsə, onu hansı hüquqi nəticələr gözləyir?
Bəzi vətəndaşlar hesab edir ki, 30 yaş tamam olduqdan sonra artıq hərbi xidmət öhdəliyi qüvvədən düşür və bu səbəbdən çağırışa getməmək cəzasız qala bilər. Belə halda xidmətə getməmək hansı məsuliyyəti doğurur – cərimə, yoxsa cinayət işi?

Məsələ ilə bağlı vəkil Kamandar Hüseynov Avtosfer.az-a bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12.3-cü maddəsində qeyd olunur ki, vətəndaşlar hərbi xidmətə çağırış komissiyalarının qərarı əsasında ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar:
“Həmin qanunun 23-cü maddəsinə əsasən, müxtəlif səbəblərdən hərbi xidmət keçməmiş və 30 yaşı tamam olmuş vətəndaşlar artıq hərbi xidmətə çağırışdan azad olunurlar. Lakin vətəndaşın 30 yaşı tamam olmamışdan əvvəl çağırışdan yayınması Cinayət Məcəlləsinə görə məsuliyyət yaradır. Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq – yəni növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmaq 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yayınma dedikdə, vətəndaşın:
• tibbi müayinədən yayınması,
• müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınması,
• toplanışlara və ya səfərbərlik üzrə çağırışlara getməməsi başa düşülür.
Eyni zamanda, yayınma “fərarilik” (xidmətdən qaçma) ilə eyniləşdirilməməlidir”.
Vəkil qeyd edib ki, Cinayət Məcəlləsinin 334.1-ci maddəsinə görə isə, artıq hərbi qulluqçu statusu almış şəxs – yəni xidmətdə olan hərbiçi – əgər xidmətdən 3 aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getmiş və ya geri qayıtmamışsa, bu halda o, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər:
“Vətəndaşın hərbi çağırışdan yayınması üçün yalnız ona möhlət verildiyi hallar əsas ola bilər. Əgər vətəndaş ailə vəziyyətinə, sağlamlıq durumuna, təhsilinə və ya qanunla müəyyən edilmiş digər hallara görə möhlət hüququna malikdirsə, bu zaman ona möhlət verilə bilər. Möhlət hüququ olmayan şəxslər isə mütləq şəkildə çağırışda iştirak etməlidirlər. Əks halda, bu hal hərbi xidmətdən yayınma kimi qiymətləndirilir”.
Fidan
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












