Bu sadə vərdiş sizi ağır qəzadan xilas edə bilər – Sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Yollarda baş verən qəzaların bir çoxu sürücülərin əvvəlcədən görə bilmədiyi təhlükələri nəzərə almaması səbəbindən baş verir. Halbuki bəzi riskləri düzgün sürücülük vərdişləri ilə minimuma endirmək mümkündür.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb.
Onun sözlərinə görə, qəza əleyhinə sürücülük kurslarını adi sürücülük kurslarından fərqləndirən əsas məqam məhz təhlükənin əvvəlcədən proqnozlaşdırılması və sürücüyə mümkün risk ssenarilərinin öyrədilməsidir.
Sürücülər hərəkət zamanı ətrafdakı nəqliyyat vasitələrinin davranışını əvvəlcədən təhlil etməli və gözlənilməz vəziyyətlərə hazır olmalıdırlar. O, buna misal olaraq avtobusun yanından keçmə vəziyyətini göstərib.
"Biz kurslarda sürücülərə öyrədirik ki, hərəkətdə olarkən qarşıdakı avtomobil avtobusun yanından keçirsə, qaz pedalından ayağı çəkmək və sürəti azaltmaq lazımdır. Çünki ölkəmizdə piyadaların əksəriyyəti avtobusdan düşdükdən sonra təhlükəsizlik qaydalarını pozaraq onun arxa hissəsindən deyil, ön hissəsindən yolu keçməyə çalışırlar. Belə vəziyyətdə avtobusun qarşısına qəfil piyada çıxarsa, onun yanından keçən avtomobil sürücüsü piyadanı vurmamaq üçün instinktiv olaraq sükanı sola çevirə bilər. Əgər həmin anda siz onun solunda paralel hərəkət edirsinizsə, qəza qaçılmaz ola bilər", – deyə o izah edib.
Məşqçi vurğulayıb ki, belə hallarda sürətin əvvəlcədən azaldılması və digər avtomobillərlə təhlükəsiz məsafənin saxlanılması mümkün toqquşmanın qarşısını ala bilər.
Sürücülər bəzən "indiyədək heç nə olmadı" düşüncəsi ilə ehtiyat tədbirlərinə məhəl qoymurlar. Lakin təhlükəsizlik qaydalarına hər dəfə əməl etmək vacibdir. Çünki onlarla dəfə təhlükə yaranmaya bilər, amma bir dəfə eyni vəziyyətdə ehtiyatsız davranış ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər.
Aqil Rəhimov qeyd edib ki, qəza əleyhinə kurslarda məhz bu cür incə məqamlar ətraflı izah olunur və sürücülərə təhlükəni əvvəlcədən hiss etmək, düzgün qərar vermək və qəzanın qarşısını almaq bacarığı aşılanır.
Eltac Zülfüqaroğlu
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












