Bu səhvi təkrarlayan sürücülər qəzadan qaça bilmir – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO

Paytaxt yollarında baş verən bir çox yol-nəqliyyat hadisələrinin səbəbi sürücülərin manevr zamanı özlərinə “qaçış yolu” saxlamamasıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə müraciət edib.
Mütəxəssis bildirib ki, tez-tez sürücülərdən belə ifadələr eşidilir: “Öz yolumla gedirdim, sağdakı avtomobil qəfil manevr etdi, mən də qaçmaq istəyəndə soldakı maşına dəydim”. Onun sözlərinə görə, bu cür halların qarşısını almaq üçün əsas qaydalardan biri “təhlükəsizlik pəncərəsi” saxlamaqdır.
Yolayrıcında motosikleti vuran “Renault” sürücüsü hadisə yerindən qaçdı - VİDEO
Aqil Rəhimov izah edib ki, üstələmə və ya ötmə zamanı sürücünün mütləq şəkildə bir tərəfi – ya sağ, ya da sol zolağı boş olmalıdır. Bu, qəfil təhlükə yarandıqda manevr edərək toqquşmadan yayınmağa imkan verir.
“Avtobus və ya iriqabaritli nəqliyyat vasitəsi sizi sıxa bilər. Belə vəziyyətdə əvvəlcədən güzgülərə baxıb sol tərəfin boş olduğuna əmin olursunuz, təhlükə yarananda sola çıxırsınız və sonra yenidən zolağınıza qayıdırsınız. Çünki avtobusla toqquşma həyat üçün ciddi risk yarada bilər”, – deyə məşqçi vurğulayıb.
Onun sözlərinə görə, “təhlükəsizlik pəncərəsi” prinsipi hər bir sürücü üçün vərdiş halına gətirilməlidir:
“Sizin hər zaman bir tərəfiniz boş olmalıdır. Təəssüf ki, sürücülərin əksəriyyəti bunu nəzərə almır. Amma bu cür düşüncə çox vaxt qəzalardan xilas edir”.
Aqil Rəhimov sürücüləri daha diqqətli olmağa, manevr zamanı qabaqcadan düşünməyə və öz təhlükəsizliklərini prioritet hesab etməyə çağırıb. O bildirib ki, bu sadə qaydaya əməl etmək həm maddi zərərin, həm də ağır nəticələrin qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR












