Bu səhvi təkrarlayan sürücülər zəncirvari qəzaya səbəb olur - Mütəxəssisdən TÖVSİYƏ - VİDEO

Yollarda tez-tez rast gəlinən və ciddi təhlükə yaradan davranışlardan biri də “instinktiv manevr” adlandırılan ani sükan hərəkətləridir. Mütəxəssislər bildirirlər ki, bəzi sürücülər qarşılarına qəfil maneə çıxdıqda arxa və yan güzgülərə baxmadan avtomobili sağa və ya sola meyilləndirirlər ki, bu da zəncirvari qəzaya səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “Avto FM”də çıxışı zamanı bildirib ki, instinktiv manevr xüsusilə sıx hərəkət olan yollarda böyük risk yaradır:
“İnstinktiv manevr etmə bəzi sürücülərin qarşılarına qəflətən maneə çıxan zaman güzgülərə baxmadan maşını sağa-sola meyilləndirməsidir. Bu isə digər hərəkət iştirakçıları üçün çox təhlükəlidir. Belə hallar daha çox ictimai nəqliyyat vasitələrinin hərəkəti zamanı müşahidə olunur. Məsələn, sağ zolaqda hərəkət edən avtobus dayanacağa yaxınlaşarkən, bir çox sürücü avtobusa çırpılmamaq üçün sükanı refleks olaraq sol istiqamətə çevirir. Statistik olaraq, 10 sürücüdən 9-u bu anda güzgülərə baxmadan hərəkət edir və yan zolaqdakı nəqliyyat vasitəsi üçün təhlükə yaradır".
Aqil Rəhimov sürücülərə tövsiyə edir ki, belə riskli nöqtələrə yaxınlaşarkən əvvəlcədən sürəti azaltsınlar və qaz pedalından ayaqlarını çəksinlər:
“Təhlükəli sahəyə çatanda sürəti öncədən tənzimləmək lazımdır ki, qaydanı pozan sürücü sizin üzərinizə yox, mümkün boşluğa və ya təhlükəsiz zolağa yönəlsin”.
Mütəxəssis vurğulayıb ki, yol hərəkətində əsas prinsip qabaqlayıcı düşünmə və məsafəni düzgün saxlamaqdır. Əks halda, bir sürücünün instinktiv və nəzarətsiz manevri digər sürücülər üçün gözlənilməz qəza riskinə çevrilə bilər.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












