Bu yol qovşağında zolaq dəyişmək qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ – VİDEO

Bakının bəzi yol qovşaqlarında zolaq dəyişmə qaydalarına əməl olunmaması yol-nəqliyyat hadisəsi riskini artıran əsas amillərdən biri olaraq qalır. Xüsusilə sürücülərin son anda zolaq dəyişməsi digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov səsləndirib.
Onun sözlərinə görə, Heydər Əliyev prospektində ikinci dərəcəli yoldan əsas yola çıxış hissəsində sürücülərin bir qismi zolaq seçimi qaydalarına əməl etmir. Nəticədə şəhər istiqamətində hərəkət edən avtomobillərin qarşısına qəfil çıxaraq soldan sağa zolaq dəyişirlər.
Aqil Rəhimov bildirib ki, bu ərazidə hərəkət edərkən ehtiyatlı olmaq vacibdir. Sürücülər həmin hissəyə yaxınlaşarkən mümkün təhlükəni nəzərə almalı, sürəti və hərəkəti vəziyyətə uyğun tənzimləməlidirlər.
Özü də həmin yol hissəsindən keçərkən digər sürücülərin qəfil zolaq dəyişəcəyini ehtimal etdiyi üçün əvvəlcədən əyləcə hazır vəziyyətdə olur. Belə ehtiyat tədbiri mümkün toqquşmaların qarşısını almağa kömək edir.
Məşqçi vurğulayıb ki, yol hərəkəti qaydalarına uyğun olaraq hər bir sürücü seçdiyi zolaq üzrə hərəkət etməli, zolaq dəyişərkən isə digər nəqliyyat vasitələrinə maneə yaratmamalıdır. O, sürücülərə bu ərazidə xüsusilə diqqətli olmağı və müdafiəedici sürücülük prinsiplərinə əməl etməyi tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












