Bu yolayrıcında nişan olmadığı üçün qəzalar baş verir - VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yol nişanlarının olmaması sürücülər üçün təhlükəli vəziyyət yaradır.
Məsələ Səməd Vurğun küçəsi ilə Bəşir Səfəroğlu küçəsi kəsişməsində qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə yol ayrıcında S.Vurğun küçəsində “Baş yol” nişanı quraşdırılmayıb, eyni zamanda sağ tərəfdən gələn nəqliyyat vasitələri üçün, yəni Bəşir Səfəroğlu küçəsində isə “Yol ver” və ya “Stop” nişanı da yoxdur.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, mövcud vəziyyət yol hərəkəti qaydalarına görə sağdan gələn nəqliyyat vasitələrinə üstünlük verir. Lakin praktikada sürücülərin əksəriyyəti bu qaydanı nəzərə almır və adət etdikləri kimi hərəkət edirlər.
Onun sözlərinə görə, bəzi sürücülər sağdan gələn avtomobillərə yol versə də, digərləri buna əməl etmir ki, bu da qəza riskini artırır. Belə hallarda baş verən yol-nəqliyyat hadisələrində isə əsas məsuliyyət Səməd Vurğun küçəsi istiqamətindən hərəkət edən sürücülərin üzərinə düşə bilər.
Aqil Rəhimov sürücülərə həmin ərazidə xüsusilə diqqətli olmağı tövsiyə edib və müvafiq qurumlara çağırış edərək bildirib ki, yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün kəsişmədə zəruri nişanlar quraşdırılmalıdır.
Onun fikrincə, Səməd Vurğun küçəsində “Baş yol”, Bəşir Səfəroğlu küçəsi istiqamətində isə “Yol ver” və ya “Stop” nişanının yerləşdirilməsi bu riskləri minimuma endirə bilər.
Ekspert vurğulayıb ki, qeyd olunan ərazi hazırda potensial təhlükəli yol qovşaqlarından biri hesab olunur və vaxtında müdaxilə edilməzsə, burada qəzaların baş vermə ehtimalı yüksək olaraq qalacaq.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












