Bu zolaqlarda hərəkət edərkən diqqətli olun – MÜTƏXƏSSİS – VİDEO

Yollarda tətbiq edilən əyri zolaqlar bəzi hallarda nəqliyyat axınının tənzimlənməsinə xidmət etsə də, sürücülər üçün əlavə risklər də yarada bilir.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, əyri zolaqlarda hərəkət edən sürücülər manevr zamanı arxadan gələn nəqliyyat vasitələrini nəzərə almadıqda yol-nəqliyyat hadisəsinin baş vermə ehtimalı artır.
Sürücü sağ və ya sol istiqamətdə hərəkət edərkən yalnız qarşıdakı nəqliyyat vasitələrinə deyil, arxadan yaxınlaşan avtomobillərə də diqqət yetirməlidir:
“Əyri zolaqların əsas təhlükəsi ondan ibarətdir ki, sürücü zolağın istiqamətinə uyğun olaraq sağa və ya sola hərəkət edərkən arxadan düz istiqamətdə gələn avtomobillə toqquşa bilər. Sağa yönələn zaman sağ zolaqdan, sola yönələn zaman isə sol zolaqdan gələn nəqliyyat vasitəsi ilə qəza riski yaranır. Təcrübədə belə hadisələr artıq bir neçə dəfə qeydə alınıb”.
Mütəxəssis qeyd edib ki, bəzi sürücülər öz zolaqları ilə hərəkət etdiklərini düşünərək güzgülərdən istifadə etməyə ehtiyac duymurlar. Halbuki hər hansı istiqamət dəyişikliyi zamanı güzgülərə nəzarət etmək vacibdir.
Sürücülər əyri zolaqlarda hərəkət edərkən manevrdən əvvəl arxa və yan görünüş güzgülərini yoxlamalı, arxadan yüksək sürətlə yaxınlaşan avtomobil olduqda ona yol verməli və yalnız bundan sonra hərəkəti davam etdirməlidirlər.
Aqil Rəhimov hesab edir ki, belə ərazilərdə diqqətli olmaq, məsafə saxlamaq və güzgülərdən düzgün istifadə etmək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır. O, sürücüləri zolaq dəyişmə və istiqamətlənmə zamanı daha ehtiyatlı olmağa çağırıb.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












