Elektrik avtomobillərinin batareyalarının ömrünü necə uzatmaq olar? – ARAŞDIRMA - FOTO

Elektromobil istifadəçiləri üçün ən vacib suallardan biri batareyanın düzgün şəkildə necə doldurulmasıdır. Bu məqsədlə elektromobillər üçün ən düzgün doldurma üsulunu izah edəcəyik.
Elektromobillərin həyatımıza daxil olması ilə bu nəqliyyat vasitələrinin düzgün istismarı ilə bağlı yeni suallar yaranmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, ən çox verilən suallardan biri isə batareyanın ömrü ilə bağlıdır. Elektromobil batareyalarını hər zaman 100% doldurmaq lazımdırmı, yoxsa smartfonlarda olduğu kimi 80%-ə qədər doldurmaq daha yaxşıdır?
Smartfon istifadəçilərinin böyük bir hissəsi batareyalarını 20-80% şarj dövrü ilə istifadə etməyi üstün tutur. Bəzi texnologiya şirkətləri və məzmun istehsalçıları buna tövsiyə edir, çünki bu, batareyanın ömrünü uzatmağa kömək edir. Bu yanaşma elektromobillər üçün də etibarlıdır, amma burada bəzi mühüm fərqlər var.
Elektromobillərin batareya növlərini daha yaxından nəzərdən keçirək. NMC (Nikel-Manqan-Kobalt) və LFP (Litium-Dəmir-Fosfat) batareyaları ən çox istifadə edilən batareya növləridir. NMC batareyaları daha yüksək enerji sıxlığına sahibdir və daha uzun məsafə qət etməyə imkan verir, amma yüksək doldurma səviyyələrinə daha həssasdır. LFP batareyaları isə daha aşağı enerji sıxlığına sahib olsa da, yüksək doldurmaya davamlıdır.
Hər iki batareya növü yüksək doldurma səviyyələrinə görə zamanla köhnəlir. Lakin NMC batareyaları daha tez köhnəlir və bu səbəbdən onları davamlı olaraq 100% doldurmaq tövsiyə edilmir. Ən yaxşısı, gündəlik istifadədə onları 80% həddində şarj etməkdir.
LFP batareyaları isə daha az aşınma ilə qarşılaşır və bu növ batareya ilə elektromobilləri daha tez-tez 100% doldurmaq olar. Lakin, bu batareyaların kalibrlənməsi üçün vaxtaşırı 100 faiz doldurulması vacibdir.
Nəticə olaraq, elektromobilin batareyasını gündəlik istifadə üçün 80 faiz doldurmaq yaxşı seçimdir. Bununla belə, uzun səyahətlər üçün və ya şarj imkanlarının məhdud olduğu hallarda, NMC batareyaları olan avtomobilləri ayda bir, LFP batareyaları olan avtomobilləri isə ayda iki dəfə 100%-ə qədər doldurmaq tövsiyə olunur. Bu sadə yanaşmalarla batareyanın ömrünü uzatmaq mümkündür.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












