Ən təhlükəli sürücü tipi hansıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO

Sürücülərin yol hərəkəti zamanı davranışları və hadisələrdən nəticə çıxarma bacarıqları onların təhlükəsizlik səviyyəsinə birbaşa təsir göstərir. Eyni hadisə müxtəlif sürücülər tərəfindən fərqli şəkildə qiymətləndirilir və bundan çıxarılan nəticələr də fərqli olur.
Avtosferaz xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov "AvtoFM"in efirində çıxışı zamanı sürücüləri hadisələrə yanaşma tərzinə görə üç qrupa ayırıb.
Onun sözlərinə görə, birinci qrupa zəif və ya pis sürücülər daxildir. Bu kateqoriyaya aid olan şəxslər yol hərəkəti zamanı buraxdıqları səhvlərdən nəticə çıxarmır, eyni yanlışları təkrar edir və əksər hallarda öz məsuliyyətlərini qəbul etmirlər.
“Belə sürücülər hətta yol-nəqliyyat hadisəsinə səbəb olduqları hallarda belə günahı başqalarının üzərinə atmağa çalışırlar. Bu isə onların inkişaf etməsinə və daha təhlükəsiz sürücüyə çevrilməsinə mane olur”, – deyə Aqil Rəhimov bildirib.
Məşqçinin fikrincə, ikinci qrupa yaxşı və ya ağıllı sürücülər daxildir. Bu sürücülər baş verən hadisələri diqqətlə təhlil edir, öz səhvlərini qəbul edir və eyni vəziyyətlə yenidən qarşılaşmamaq üçün davranışlarını dəyişirlər.
“Onlar yaşadıqları hadisələrdən dərs çıxarır və eyni səhvi ikinci dəfə təkrarlamamağa çalışırlar. Bu yanaşma sürücülük bacarıqlarının inkişafında mühüm rol oynayır”, – deyə o qeyd edib.
Aqil Rəhimovun sözlərinə görə, ən yüksək səviyyə isə müdrik sürücülər hesab olunur. Bu kateqoriyaya aid şəxslər yalnız öz təcrübələrindən deyil, digər sürücülərin yol verdiyi səhvlərdən də nəticə çıxarmağı bacarırlar.
“Müdrik sürücü təhlükəli vəziyyətə düşməyi gözləmir. O, başqalarının buraxdığı səhvləri müşahidə edir, riskləri əvvəlcədən qiymətləndirir və həmin yanlışları öz davranışında təkrarlamır”, – deyə məşqçi vurğulayıb.
Qəza əleyhinə kursların məşqçisi hesab edir ki, yol hərəkəti təhlükəsizliyinin artırılması üçün sürücülər yalnız qaydaları bilməklə kifayətlənməməli, həm də baş verən hadisələri düzgün təhlil etməyi və onlardan nəticə çıxarmağı bacarmalıdırlar. Təhlükəsiz sürücülüyün əsas prinsiplərindən biri həm öz səhvlərindən, həm də başqalarının təcrübəsindən öyrənməkdir.
Eltac Zülfüqaroğlu
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO












