Hansı növ təkər diskləri avtomobilinizi daha çevik edir? – ARAŞDIRMA - FOTO

Avtomobil sürücülərinin ən çox düşündüyü məsələlərdən biri də təkərlərin forması və dizaynının nə dərəcədə əhəmiyyətli olmasıdır. Bu sahədə mütəxəssislərin cavabı isə birmənalı şəkildə, “bəli, təkərin forması avtomobilin performansına birbaşa təsir göstərir” olur.
Avtosfer.az xəbər verir ki, təkərlər yalnız avtomobili hərəkət etdirən hissə deyil, həm də yol tutuşuna, idarəetməyə, əyləc sisteminə və yanacaq sərfiyyatına təsir edən əsas komponentlərdəndir. Disklərin hazırlanmasında istifadə olunan material da bu baxımdan mühüm rol oynayır. Polad disklər daha ucuz olsa da, ağır çəkiləri səbəbindən avtomobilin çevikliyini azaldır və performansını zəiflədir. Alüminium kimi yüngül materiallardan hazırlanan disklər isə daha yaxşı idarəetmə və yanacaq səmərəliliyi təmin edir.

Aerodinamika da bu məsələdə xüsusi önəm daşıyır. Daha hamar səthə malik disklər havanın müqavimətini azaldaraq sürət sabitliyinə və yanacaq qənaətinə müsbət təsir göstərir. Əksinə, açıq dizaynlı və aqressiv formalı disklər hava müqavimətini artıra bilər, lakin eyni zamanda əyləclərin soyumasına imkan verdiyi üçün seçilən variantlardan hesab olunur.

Böyük disklər idarəetməni yaxşılaşdırsa da, çəkini artıraraq performansı zəiflədə bilir. Kiçik və yüngül disklər isə avtomobilin daha sürətli və çevik olmasına kömək edir. Bu səbəbdən sürücülərin seçimində əsas meyar onların prioritetləridir. Kimisi daha yaxşı performans, kimisi isə idarəetmə və vizual görünüşə üstünlük verir.
Nəticə etibarilə, avtomobilin təkərlərinin forması və ölçüsü yalnız estetik görünüş üçün deyil, həm də təhlükəsizlik və sürüş keyfiyyəti üçün həlledici əhəmiyyət daşıyır. Seçim isə birbaşa olaraq sürücünün istifadə məqsədindən və gözləntilərindən asılıdır.
Eltac Zülfüqaroğlu
Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












