İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA

İctimai nəqliyyatda kommersiyalaşma artıq seçim deyil, zərurət hesab olunur. Dünyanın əksər şəhərlərində bilet satışından əldə olunan gəlirlər nəqliyyat sisteminin xərclərini tam qarşılamadığından, əlavə gəlir mənbələrinin yaradılması əsas məsələlərdən birinə çevrilib.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin fikrincə, hazırda tarif gəlirləri ümumi xərclərin orta hesabla yalnız 50–60 faizini qarşılayır. Qalan hissə isə subsidiya və digər kommersiya gəlirləri hesabına təmin olunur.
Bu səbəbdən bir çox ölkələr ictimai nəqliyyata yalnız sərnişindaşıma xidməti kimi deyil, eyni zamanda iqtisadi aktiv kimi yanaşır. Məsələn, Honqkonqda fəaliyyət göstərən “MTR” sistemi gəlirlərinin böyük hissəsini stansiya ətrafındakı daşınmaz əmlak və kommersiya fəaliyyətindən əldə edir. Yaponiyada bir çox stansiyalar həm də iri ticarət mərkəzi funksiyasını daşıyır. Londonda isə “TfL” reklam, daşınmaz əmlak və digər tarifdənkənar mənbələr hesabına ciddi gəlir formalaşdırır.
Mütəxəssislər bildirirlər ki, uğurlu ictimai nəqliyyat sistemləri yalnız sərnişin daşımır, paralel olaraq gəlir də yaradır. Əsas gəlir mənbələri isə stansiya ticarəti, reklam, daşınmaz əmlak layihələri, TOD (Transit Oriented Development) modelləri və “naming rights” – adlandırma hüquqları hesab olunur.
Qeyd edilir ki, Azərbaycanda bu sahədə müəyyən potensial olsa da, imkanlardan tam istifadə edilmir. Operatorların kommersiya imkanlarının məhdud olması, stansiya ətrafı inkişafın zəifliyi və nəqliyyat infrastrukturunun daha çox xərc kimi qiymətləndirilməsi əsas problemlərdən hesab olunur.
Ekspertlər hesab edirlər ki, əlavə gəlir mənbələri formalaşdırılmasa, gələcəkdə xidmət keyfiyyətinin artırılması çətinləşəcək, subsidiyalardan asılılıq daha da artacaq və yeni layihələrin icrası gecikəcək.
Onların fikrincə, ictimai nəqliyyatın gələcəyi təkcə relslər və avtobuslarla deyil, həmin sistemlərin ətrafında qurulan iqtisadi model ilə müəyyən olunur.
Eltac Zülfüqaroğlu
Sentyabr ayında qəzalarda ölənlərin sayı bu səbəblərə görə artıb – EKSPERT - VİDEO
Yaşıl işıqda dönən sürücüyə cərimə yazıla bilər? – İZAH – VİDEO
Sağ zolaqda bu hərəkətə görə cərimə yazılır? – Qanun nə deyir – VİDEO
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO











