Kişi sürücülər qadın sürücüləri görəndə niyə əsəbiləşirlər? – Mütəxəssisdən maraqlı ŞƏRH - VİDEO

Yollarda qadın sürücülərə qarşı mənfi münasibətin səbəbləri ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər hesab edirlər ki, bəzi sürücülərin qadın sürücülərə qarşı aqressiv davranışının kökündə təkcə gender məsələsi deyil, həm də qaydalara münasibət dayanır.
Avtosfe.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov "AvtoFM"in efirində bildirib ki, bəzi sürücüləri qaydalara ciddi əməl edən digər sürücülər qıcıqlandırır.
Onun sözlərinə görə, belə sürücülər çox vaxt sürət həddinə riayət edən avtomobilləri özlərinə maneə kimi görürlər və yolun onlara açılmasını tələb edirlər. Bu münasibət xüsusilə qadın sürücülərə qarşı daha qabarıq şəkildə özünü göstərir.
Məşqçi bildirib ki, statistik göstəricilər qadınların daha az ağır yol-nəqliyyat hadisələrinə qarışdığını göstərir. Qadın sürücülər adətən daha ehtiyatlı davranır və əsas məqsədləri mənzil başına təhlükəsiz şəkildə çatmaq olur.
Kişilər arasında avtomobil idarəetməsinə daha çox risk və rəqabət elementi kimi yanaşanlar var. Bu səbəbdən də qaydalara ciddi əməl edən sürücülər, o cümlədən qadınlar bəzi hallarda qayda pozmağa meylli sürücülərin narazılığı ilə qarşılaşırlar.
Mütəxəssis əlavə edib ki, eyni münasibət təlim avtomobillərinə qarşı da müşahidə olunur. Onun sözlərinə görə, sürücülük öyrənən şəxslər, xüsusilə qadınlar sükan arxasında olduqda bəzi sürücülər tərəfindən müxtəlif jestlər və narazılıq ifadələri ilə üzləşirlər.
Aqil Rəhimov vurğulayıb ki, illərdir bu cür hallarla rastlaşdığı üçün artıq belə davranışlara reaksiya vermir və sürücülərin bir-birinə qarşı daha anlayışlı olmasının vacibliyini qeyd edir.
Eltac Zülfüqaroğlu
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO












