Körpü və tunellərdə qəza riskindən necə qorunmaq olar? – MÜTƏXƏSSİS – VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə körpü və tunellərdə hərəkət zamanı diqqətli olmağı tövsiyə edib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, sürücülərin yol hərəkəti zamanı etdiyi bəzi yanlış seçimlər qəza riskini artıra bilər. Xüsusilə körpü və tunellərdə zolaq seçimi və avtomobilin yolda yerləşdirilməsi təhlükəsiz sürücülük baxımından mühüm əhəmiyyət daşıyır.
Aqil Rəhimov bildirib ki, sürücülər imkan daxilində körpü və tunellərdə uzun müddət sol zolaqda hərəkət etməkdən çəkinməlidirlər. Görə, bu zolaqda daha yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələri sürücülərə psixoloji təzyiq yarada bilər.
“Sol zolaqda hərəkət edən sürətli avtomobillər bəzi sürücüləri tələsdirə bilər. Nəticədə onlar ya sürəti normadan artıq artıraraq radarlara düşür, ya da həyəcanlanaraq səhv qərarlar verirlər. Bu isə yol-nəqliyyat hadisəsi riskini yüksəldir”, – deyə o qeyd edib.
Avtomobilin hərəkət zolağında düzgün mövqe tutması qəza riskini artırır. Sürücü zolağın sağ kənarındakı nişanlanma xəttinə yaxın məsafədə hərəkət etməklə özünə əlavə təhlükəsizlik sahəsi yarada bilər.
Bu üsul qəfil təhlükəli vəziyyət yarandıqda sürücüyə manevr etmək imkanı verir.
“Əlbəttə, yol nişanlanma xətlərini basmaq olmaz. Lakin zolaq daxilində ağ xəttə yaxın hərəkət etməklə sağ tərəfdə müəyyən təhlükəsizlik pəncərəsi yaratmaq mümkündür. Bu da soldan sıxışdırılma və ya digər gözlənilməz hallarda sürücüyə təhlükədən yayınmaq üçün əlavə imkan verir”, – deyə o vurğulayıb.
Mütəxəssis hesab edir ki, təhlükəsiz sürücülük yalnız qaydalara əməl etməkdən ibarət deyil. Eyni zamanda, sürücülər yolda baş verə biləcək riskləri əvvəlcədən qiymətləndirməli və mümkün təhlükələrə qarşı hər zaman ehtiyatlı davranmalıdırlar. Bu yanaşma qəza riskinin azalmasına və hərəkətin daha təhlükəsiz təşkilinə kömək edir.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












