Maşını günün hansı saatlarında və necə yuduzdurmaq lazımdır? - QAYDALAR

Avtomobilin düzgün yuyulmaması onun boyasına ciddi ziyan vura bilər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər avtomobilin yuyulması zamanı ən çox edilən səhvləri açıqlayıb. Əgər siz də bu vərdişlərə sahibsinizsə, dərhal dəyişməlisiniz.
Avtomobili günəş altında yumaq boyaya ləkələr sala bilər. İsti hava şəraitində su və sabun tez buxarlanır, nəticədə avtomobilin səthində izlər və qalıqlar yaranır. Ən ideal vaxt səhər tezdən və ya gün batımına yaxın saatlardır.
Avtomat yuyucu fırçalar avtomobilin üzərindəki kir və tozla birlikdə boyaya da xəsarət yetirə bilər. Bu cızıqlar zamanla avtomobilin görünüşünü pozur. Ən yaxşı seçim əl ilə yumaq və xüsusi avtomobil şampunlarından istifadə etməkdir.
Qab yuyucu mayelər avtomobilin boyasını qoruyan təbəqəni zədələyə bilər. Aşındırıcı süngərlər isə cızıqlara səbəb olur. Bunun əvəzinə mikrofiber dəsmallar və xüsusi avtomobil yuma əlcəklərindən istifadə etmək tövsiyə olunur.
Quş nəcisini sərt alətlə təmizləmək boyaya ciddi ziyan vura bilər. Qurumayıbsa yumşaq əski ilə silin. Əgər artıq quruyubsa, isti suya batırılmış bir parça ilə yumşaldaraq çıxarın.
Cilalama və mumlama avtomobilin boyasını qoruyur və parlaq görünüşünü saxlayır. Cilalama kiçik cızıqları aradan qaldırır, mumlama isə boyanı qoruyucu təbəqə ilə örtərək uzun müddət davamlı olmasını təmin edir.
Plastik səthlər üçün istifadə edilən bəzi parladıcı vasitələr yağlı bir təbəqə yarada bilər ki, bu da sürücülük zamanı təhlükə yaradır. Salonun təmizliyi üçün tozsoran və nəm parça istifadə etmək kifayətdir.
Bu qaydalara əməl etməklə avtomobilinizin görünüşünü uzun müddət qoruya bilərsiniz.
Eltac Zülfüqaroğlu
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










