Maşınınızda bu sistem nasaz olsa, qəza baş verə bilər - VİDEO

Müasir avtomobil sənayesi sürücülərin təhlükəsizliyini təmin etmək və qəza riskini minimuma endirmək məqsədilə daim yeni texnologiyalar üzərində çalışır.
Avtosfer.az xəbər verir ki, son illərdə ən çox maraq doğuran və sınaqdan keçirilən sistemlərdən biri də Torriçelli əyləci adlanan innovativ əyləc mexanizmidir. Bu sistem adi disk və ya tromb əyləclərdən fərqli olaraq, avtomobilin yol səthində daha sürətli və effektiv dayanmasını təmin etməyə yönəlib.
Torriçelli əyləci nədir və necə işləyir?
Bu sistem adını tanınmış italyan fizik Evangelista Toriçellidən alır. O, atmosfer təzyiqi ilə bağlı ilk elmi araşdırmaların müəllifi kimi anınır və bu əyləc sisteminin iş prinsipi də məhz onun təcrübələrinə əsaslanır.
Torriçelli əyləci avtomobilin alt hissəsində yerləşən, rezin örtüklü metal təbəqə vasitəsilə işləyir. Sistem aktivləşdirildikdə yerə düşür və birbaşa asfalta yapışır. Təbəqə ilə asfalt arasındakı hava sorularaq vakum effekti yaradılır. Vakum sayəsində avtomobilin yerə sürtünməsi artır və nəticədə ənənəvi əyləc sistemləri ilə müqayisədə daha qısa məsafədə və daha təhlükəsiz şəkildə dayanma imkanı yaranır.
Bu texnologiya, xüsusilə yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələri üçün əvəzolunmaz ola bilər. Yüksək sürətlə hərəkət edən avtomobilin qəfil dayanması zamanı uzun məsafəyə ehtiyac duyulur. Lakin Torriçelli əyləci bu məsafəni xeyli azaldaraq, qəza riskini minimuma endirə bilər.
Hazırda bu sistem bəzi təcrübə avtomobillərində sınaqdan keçirilir və mütəxəssislər onun gələcəkdə avtomobil təhlükəsizliyində böyük rol oynayacağını düşünürlər.
Bəs sizcə, bu cür innovativ əyləc sistemləri yaxın gələcəkdə geniş şəkildə tətbiq oluna bilərmi?
Eltac Zülfüqaroğlu
Sürmə etibarnaməsi ilə avtomobili texniki baxışdan keçirmək olarmı? – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ












