Banner

Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO

Öyrənək 27 Oktyabr 2026 11:30
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə olun

Yol nişanlarının düzgün yerləşdirilməməsi sürücülər arasında anlaşılmazlığa, hətta qəza zamanı mübahisəli vəziyyətlərin yaranmasına səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu barədə danışarkən payraxtın Ağa Nemətulla küçəsində yol nişanlarının yerləşdirilməsi ilə bağlı nümunə göstərib.

Onun sözlərinə görə, yolayrıcına 40-50 metr qalmış yerləşdirilən nişanlar sürücülərin hərəkət istiqamətini düzgün müəyyənləşdirməsində çətinlik yarada bilər.

Həmin ərazidəki nişanların məqsədi sürücüyə başyolda olduğunu və sağa dönməyin qadağan edildiyini göstərməkdir. Lakin nişanların yolayrıcından xeyli əvvəl quraşdırılması onların tətbiq olunduğu ərazi ilə bağlı yanlış təsəvvür yarada bilər.

Aqil Rəhimovun sözlərinə görə, başyol nişanı və göstərilən istiqamətdə hərəkəti tələb edən nişan yolayrıcına qədər qüvvədə olur. Yolayrıcında isə vəziyyət ayrıca qiymətləndirilməlidir. Buna görə də nişanların yolayrıcına uyğun yerdə yerləşdirilməsi sürücülərin hərəkət qaydalarını düzgün anlaması baxımından əhəmiyyətlidir.

Bu cür hallar ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Ancaq qəza baş verdikdə nişanların yerləşdirilməsi sürücülər arasında mübahisəyə səbəb ola bilər. Məsələn, sağdan gələn sürücü üstünlük hüququnun olduğunu iddia edə, digər sürücü isə nişanlara əsaslana bilər. Belə vəziyyətlərdə yol nişanlarının mövqeyi və yolayrıcında hərəkətin təşkili məsələsi hüquqi qiymətləndirmə baxımından da əhəmiyyət daşıya bilər.

Mütəxəssis hesab edir ki, yol nişanları sadəcə görünən yerdə deyil, sürücülərin onları vaxtında görüb düzgün qərar verə biləcəyi mövqedə quraşdırılmalıdır. Bu zaman həm hərəkət iştirakçılarının çaşqınlığının, həm də mübahisəli yol-nəqliyyat hadisələrinin qarşısını almaq mümkün olar.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228228.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 260
ŞƏRH YAZ
Ad

E-mail

Şərh