Qəza riskini artıran yanlış davranış: sola dönərkən bunu etməyin – VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov yolayrıclarında sola dönmə zamanı sürücülərin tez-tez üzləşdiyi vəziyyətlə bağlı vacib məqamlara aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə yeni sürücülər işıqforla tənzimlənən yolayrıclarında sola dönərkən qarşı tərəfdən gələn və sağa dönən nəqliyyat vasitələri ilə bağlı hansı sürücünün üstünlüyə malik olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Aqil Rəhimov bildirib ki, hər iki istiqamət üzrə yaşıl işıq yandığı halda sola dönən sürücü qarşı tərəfdən gələn və sağa dönən avtomobilə yol verməlidir. Çünki həmin avtomobil sola dönən sürücünün sağ tərəfində yerləşir və yol hərəkəti qaydalarına əsasən üstünlük hüququna malik olur.
Bəzi hallarda sola dönən sürücü öz hərəkət zolağına daxil olmaqla qarşı tərəfdən sağa dönən avtomobilə mane olmadan manevri başa vura bilər. Lakin o, belə vəziyyətlərdə əlavə ehtiyatlı davranmağı tövsiyə edir.
“Praktikada tez-tez rast gəlinir ki, sağa dönən sürücü öz zolağına deyil, qaydaları pozaraq digər zolağa daxil olur. Belə hallarda toqquşma baş verərsə, məsuliyyətin bölüşdürülməsi ilə bağlı mübahisəli vəziyyət yarana bilər. Buna görə də sürücülərə tələsməməyi, qarşı tərəfdən gələn avtomobili buraxdıqdan sonra hərəkəti davam etdirməyi məsləhət görürəm”, – deyə Aqil Rəhimov qeyd edib.
Mütəxəssis vurğulayıb ki, yol hərəkəti qaydalarını bilmək vacib olsa da, təhlükəsiz sürücülük üçün əsas prinsiplərdən biri riskləri əvvəlcədən qiymətləndirmək və mümkün qəza ehtimallarını minimuma endirməkdir. Onun fikrincə, bir neçə saniyə gözləmək həm sürücüləri, həm də digər hərəkət iştirakçılarını xoşagəlməz hadisələrdən qoruya bilər.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












