Qəza şəraiti yaradan sürücülər də məsuliyyətə cəlb edilməlidir – TƏKLİF - VİDEO

Yol hərəkəti zamanı bəzi sürücülərin təhlükəli manevrləri qəza ilə nəticələnməsə belə, digər hərəkət iştirakçılarını ciddi risk altında qoyur. Mütəxəssislər hesab edirlər ki, belə halların hüquqi qiymətləndirilməsi yol hərəkətinin təhlükəsizliyi baxımından vacibdir.
Avtosfer.az xəbər verir ki, bu fikirləri qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqiq Rəhimov “Avto FM”in efirində səsləndirib.
Onun sözlərinə görə, mövcud yanaşmada əsas diqqət qəzanın baş verdiyi nəqliyyat vasitəsinə yönəlir. Halbuki bir çox hallarda yol-nəqliyyat hadisəsinə səbəb olan ilk hərəkəti başqa sürücü edir.
Sürücülərdən biri digərini sıxışdırdıqda və ya təhlükəli manevr etdikdə, ikinci sürücü toqquşmadan yayınmaq üçün qəfil istiqamətini dəyişir və nəticədə başqa avtomobillə toqquşur. Belə vəziyyətlərdə faktiki qəzanı törədən nəqliyyat vasitəsi fərqli olsa da, hadisənin əsas səbəbkarı təhlükəli vəziyyəti yaradan sürücü olur.
Aqil Rəhimov hesab edir ki, yol hərəkəti qaydalarında "qəza şəraiti yaratma" anlayışı daha aydın şəkildə öz əksini tapmalı və belə hallarla bağlı hüquqi məsuliyyət mexanizmi təkmilləşdirilməlidir. Müşahidə kameralarının görüntüləri vasitəsilə hadisənin bütün gedişi təhlil edilməli, yalnız toqquşmanın baş verdiyi an deyil, ona səbəb olan əvvəlki hərəkətlər də qiymətləndirilməlidir.
Mütəxəssisin sözlərinə görə, bu yanaşma tətbiq edilərsə, təhlükəli manevrlər edən sürücülərin məsuliyyətdən yayınmasının qarşısı alınar, eyni zamanda yol hərəkəti iştirakçıları arasında intizamın və təhlükəsizliyin artırılmasına töhfə verilər.
Eltac Zülfüqaroğlu
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












