Qəza törədib hadisə yerindən yayınan bu sürücülər HƏBS OLUNACAQ - VİDEO

Qəza törədərək hadisə yerindən yayınan sürücülər aşkar edildikdə məsuliyyətə cəlb olunurlar. Xüsusilə insan sağlamlığına zərər vurulduqda qanunvericiliklə daha da ciddi məsuliyyət nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, əgər yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişin sağlamlığına az ağır və ya ağır zərər dəyibsə, hadisə yerindən qaçan sürücü cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 264-cü maddəsində qeyd olunub ki, yol-nəqliyyat hadisəsi törədərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vuraraq hadisə yerindən yayınan sürücü
üç ilədək müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bəzən sürücülər məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerini tərk edirlər. Lakin bu, vəziyyəti daha da ağırlaşdırır və qanun qarşısında cəzanın sərtləşməsinə gətirib çıxarır.
Sürücülərə bildiririk ki, yol-nəqliyyat hadisəsi baş verdiyi halda, hadisə yerindən qaçmaq əvəzinə dərhal təcili yardım və polisə məlumat verilməli, zərərçəkənə ilkin yardım göstərilməlidir.
Fərid
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












