Qəzaların əsas səbəbləri açıqlandı – İnfrastruktur, yoxsa sürücülər? – VİDEO

Yol hərəkətinin təşkili ilə bağlı müəyyən çatışmazlıqların mövcud olduğunu bildirən qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov hesab edir ki, baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbi infrastruktur deyil, insan amilidir.
Avtosfer.az xəbər verir ki, “İctimai TV”nin efirində çıxış edən Aqil Rəhimov bildirib ki, bəzi yollarda nişanlanma və yol cizgiləri ilə bağlı nöqsanlar müşahidə olunur. Bu cür çatışmazlıqlar təhlükəsizlik baxımından əlavə risk yarada bilər. Lakin bütün bunlara baxmayaraq, qəzaların əsas səbəbi sürücülərin davranışıdır.
Məşqçi qeyd edib ki, sürətin düzgün seçilməməsi yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biridir. Bu, həm icazə veriləndən yüksək sürətlə hərəkət etmək, həm də nəqliyyat axınına uyğun olmayan həddən artıq aşağı sürətlə hərəkət etməkdir.
Aqressiv sürücülər və sürücülük mədəniyyətinin aşağı olması da qəza riskini artıran əsas faktorlardandır. O vurğulayıb ki, mədəni sürücü yol hərəkəti qaydalarına riayət edir, digər hərəkət iştirakçılarına hörmətlə yanaşır və təhlükəsizliyi ön planda tutur.
Aqil Rəhimov sürücüləri üç qrupa ayırdığını da bildirib. Sürücülərin təxminən 50-60 faizi qaydalara riayət etməyə çalışan məsuliyyətli şəxslərdir. Təxminən 20 faiz sürücü aqressiv davranışı və qayda pozuntularına meyli ilə seçilir. Qalan 30 faiz isə şəraitdən asılı olaraq davranışını dəyişir və mənfi təsirlərə məruz qala bilir.
Bu kateqoriyaya aid sürücülərin düzgün istiqamətləndirilməsi üçün maarifləndirmə işləri mühüm əhəmiyyət daşıyır. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində maarifləndirmə tədbirlərinin və bu sahədə yol polisinin fəaliyyətinin xüsusi rolu var.
Eltac Zülfüqaroğlu
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












