“Qluşiteli”i təzyiqli su ilə yumaq mühərrikə mənfi təsir edir? – ELÇİN ABBASOV AÇIQLADI - FOTO

Avtomobillərin səsboğucuları yalnız səsi azaltmaqla kifayətlənmir, həm də mühərrikin işlənmiş qazlarını filterləyərək ətraf mühiti qorumağa xidmət edir. Dizel mühərrikli avtomobillərdə qurum (DPF) filteri zamanla tıxanaraq avtomobilin gücünün azalmasına və yanacaq sərfiyyatının artmasına səbəb olur. Bu halda filterin yuyulması və ya proqramla təmizlənməsi tələb olunur.
Bəs bu təmizləmə prosesi avtomobilə zərər verirmi?
Mövzu ilə bağlə avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobillərin səsboğucuları təkcə səsi azaltmaq funksiyasını daşımırlar:

“Onlar həm də çox mühüm ekoloji problemlərin həllinə xidmət edir. Səsboğucunun daxilində katalizator yerləşə bilər və əlavə olaraq qurum filteri (DPF – Diesel Particulate Filter) quraşdırılır. Zamanla bu filter tutula bilər və tutulduğu halda avtomobil normal şəkildə işlənmiş qazları xaric edə bilmir. Bu qazların çıxarılmaması mühərrik daxilində təzyiqin artmasına səbəb olur ki, nəticədə avtomobilin gücü azalır, çəkməsi zəifləyir və vəziyyət bir qədər də gərginləşərsə, mühərrikin sıradan çıxmasına qədər aparıb çıxara bilər.
Qurum filterinin tutulmasının müxtəlif səbəbləri var. Ən əsas səbəblərdən biri bu problemin əsasən dizel mühərrikli avtomobillərdə rast gəlinməsidir. Belə avtomobillər çox vaxt qısa məsafələrdə sürüldükdə filterin özünü təmizləmə funksiyası işə düşə bilmir. Bu funksiya aktivləşmədikdə filter təmizlənmir və qurum yığılıb qalır. Lakin avtomobil uzun məsafələrdə, dayanmadan sürüldükdə bu problem adətən yaşanmır, çünki həmin məsafələrdə lazımi temperatur rejimi yaranır və filter öz-özünə təmizlənir”.
Mütəxəssis əlavə olaraq qeyd edib ki, qurum filterinin tutulmasına səbəb olan digər vacib amil isə düzgün yağdan istifadə edilməməsidir:

“Əgər istifadə olunan mühərrik yağı tərkibində yüksək miqdarda fosfor və kükürd ehtiva edirsə, bu maddələr filterin funksiyasını pozur. Nəticədə filter özünü təmizləyə bilmir və problemin qarşısını almaq mümkün olmur.
Bu vəziyyəti aradan qaldırmaq üçün bir neçə üsul mövcuddur. Birincisi, proqram təminatı vasitəsilə – diaqnostika cihazının köməyi ilə avtomobilə xüsusi rejim verilir. Bu rejimdə avtomobil yüksək dövrlərdə işləyir və lazımi temperatur rejimi yarandıqdan sonra filterin özünü bərpa funksiyası aktivləşir.
Əgər bu üsul nəticə vermirsə və ya texniki səbəbdən bu mümkün deyilsə, o zaman qurum filteri çıxarılıb xüsusi kimyəvi vasitələrlə yuyulur. Bu üsul problemin həllinə kömək edir və avtomobil əvvəlki vəziyyətinə qayıdır”.

Elçin Abbasov son olaraq bildirib ki, sadəcə tövsiyəmiz budur ki, dizel avtomobil sahibləri heç olmasa həftədə bir dəfə avtomobili dayanmadan, yüksək dövrlərdə (məsələn, magistralda) yarım saatdan bir saata qədər sürsünlər:
“Bu, qurum filterinin tıxanmasının qarşısını almaq üçün ən effektiv üsullardan biridir”.
Eltac Zülfüqaroğlu
Sürmə etibarnaməsi ilə avtomobili texniki baxışdan keçirmək olarmı? – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ












