Sağa dönən iri nəqliyyat vasitələrinə yaxınlaşmaq niyə təhlükəlidir? – İZAH - VİDEO

Şəhər yollarında baş verən bir çox yol-nəqliyyat hadisələri sürücülərin iriölçülü nəqliyyat vasitələrinin hərəkət xüsusiyyətlərini düzgün qiymətləndirməməsi səbəbindən baş verir. Xüsusilə avtobus və yük avtomobillərinin sağa dönməsi zamanı təhlükəli vəziyyətlər yarana bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, bəzi yol ayrıcılarında avtobuslar və yük avtomobilləri dönmə radiusunun böyük olması səbəbindən məcburən sol zolaqdan istifadə edirlər.
Təcrübəsi az olan sürücülər belə vəziyyəti düzgün qiymətləndirmədikdə, iri nəqliyyat vasitəsinin sağ tərəfinə daxil olmağa çalışırlar ki, bu da ciddi təhlükə yaradır.
"Avtobus və ya yük avtomobili sağa dönərkən onun sağ tərəfinə girmək düzgün deyil. Belə hallarda iri nəqliyyat vasitəsi dönmə trayektoriyasına uyğun hərəkət etdiyindən minik avtomobilini sıxa və nəticədə yol-nəqliyyat hadisəsi baş verə bilər. Təcrübəmdə bununla bağlı çoxsaylı hadisələrin şahidi olmuşam", – deyə Aqil Rəhimov qeyd edib.
Mütəxəssi vurğulayıb ki, belə vəziyyətlərdə tələsmək əvəzinə, avtobusun və ya yük avtomobilinin manevrini tamamlamasını gözləmək daha təhlükəsiz seçimdir.
Sürücülər iriölçülü nəqliyyat vasitələrinin kor nöqtələrini, dönmə radiusunu və hərəkət xüsusiyyətlərini nəzərə almalı, onların sağ tərəfində sıx şəkildə hərəkət etməkdən çəkinməlidirlər.
Aqil Rəhimov sonda sürücülərə müraciət edərək bildirib ki, yol hərəkətində bir neçə saniyə gözləmək qəzaya düşməkdən daha təhlükəsizdir. O, bütün sürücüləri manevrlər zamanı səbirli olmağa, məsafə saxlamağa və öz təhlükəsizliklərini hər zaman ön planda tutmağa çağırıb.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












