Banner

Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO

Öyrənək 26 Oktyabr 2026 11:00
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
WhatsApp kanalımıza abunə olun

Yol hərəkəti qaydalarında bəzi qadağanedici nişanların təsiri sürücülər tərəfindən düzgün başa düşülmür. Xüsusilə sola dönməyin və geriyə dönməyin qadağan olunduğunu bildirən nişanlar tez-tez qarışdırılır.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu iki nişanın fərqini izah edib.

Mütəxəssisin sözlərinə görə, “Sola dönmək qadağandır” nişanı yalnız sola dönməyə qadağa qoyur. Hərəkətin təşkilində başqa məhdudiyyət nəzərdə tutulmayıbsa, bu nişanın təsir dairəsində geriyə dönməyə icazə verilir.

Aqil Rəhimov bildirib ki, “Geriyə dönmək qadağandır” nişanı isə geriyə dönmə manevrini qadağan edir, lakin sola dönməyə mane olmur. Yəni sürücülər bu nişanların hər birinin hansı manevrə məhdudiyyət qoyduğunu dəqiq bilməlidirlər.

Bu fərqin düzgün anlaşılması sürücülərin yol hərəkəti qaydalarına əməl etməsi və manevrlər zamanı səhvlərin qarşısının alınması baxımından vacibdir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228189.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 336
ŞƏRH YAZ
Ad

E-mail

Şərh