Sürücülər maşının mühərrikindəki alışma problemi ilə bağlı nə etməlidir? - ARAŞDIRMA

Avtomobilin motorundadakı alışdırma problemi mühərrikin qeyri-sabit işləməsinə, güc itkisinə və hətta mühərrikdə yanma riskinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bu problem əsasən yanlış yanacaq istifadəsi nəticəsində baş verir və avtomobilin standartlarına uyğun olmayan yanacaq mühərrikə zərər vura bilər.
Səhv qurulmuş alışdırmanın mühərrikdə yaratdığı problemlər və nəticələrlər aşağıdakılardır:
1)Tıxanmış hava filtri – hava axını məhdudlaşdıqda mühərrik düzgün işləməyə bilər;
2)Köhnəlmiş və ya zədələnmiş alışdırma şamları – yanma prosesində problemlər yaradır;
3)Yanacaq injektorlarının tıxanması – yanacağın mühərrikə düzgün paylanmasına mane olur;
4)Yanlış mühərrik yağı – mühərrikin səmərəliliyini azaldır.
Səhv atəşin avtomobilə təsiri: Mühərrikin həddindən artıq qızmasına və zədələnməsinə səbəb ola bilər, yanacaq sərfiyyatını artırır, avtomobilin sürətlənməsini zəiflədir.
Qeyd olunan problemlərin qarşısını almaq üçün avtomobilə mütəmadi texniki xidmət göstərilməli, alışdırma şamları (sveça) və alışdırma sistemini yoxlamalı, yanacaq injektorları təmizlənməli, hava filtrini dəyişdirilməli, düzgün mühərrik yağı istifadə edilməlidir.
Nəticədə səhv alışdırma problemi vaxtında həll olunmazsa, mühərrikə ciddi ziyan vura bilər. Buna görə sürücülər avtomobildə güc itkisi və titrəmə hiss etdikdə dərhal servisə müraciət etməlidirlər.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












