Sürücülərin bu bacarığı qəzaların qarşısını ala bilər – MÜTƏXƏSSİS – VİDEO

Yol hərəkəti zamanı təhlükəsiz sürücülük yalnız sürətli reaksiya ilə ölçülmür. Təhlükələri vaxtında görmək və hadisələri qabaqcadan proqnozlaşdırmaq da ən azı reaksiya qədər vacib amillərdən biridir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov "AvtoFM" radiosunun efirində çıxışı zamanı qadın və kişi sürücülərin xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, sürücülük bacarığında əsas meyarlardan biri təhlükəni öncədən görə bilmək qabiliyyətidir.
“Uzun illərdir bu məsələ üzərində düşünürəm. Əsas sual budur ki, reaksiyası nisbətən zəif olan sürücünün təhlükəsizliyini necə artırmaq olar? Bunun cavabı öncədən görmə bacarığındadır. Sürücüyə öyrədilməlidir ki, qarşıda hansı risklər yarana bilər, haradan piyadanın çıxma ehtimalı var, hansı avtomobil gözlənilmədən hərəkətə başlaya bilər. Bu yanaşma reaksiyadakı fərqləri müəyyən qədər kompensasiya edir”, – deyə Aqil Rəhimov bildirib.
Məşqçi qeyd edib ki, yol hərəkətində yalnız sürətli reaksiya həmişə uğurlu nəticə vermir. Bəzən hadisələri qabaqcadan görmək və düzgün qiymətləndirmək daha vacib rol oynayır.
Uzağı görməyən, yalnız qarşısında baş verən hadisələrə reaksiya verən sürücüdən, hadisələri öncədən təhlil edən və riskləri əvvəlcədən qiymətləndirən sürücü daha təhlükəsiz idarəetmə nümayiş etdirə bilər.
“Reaksiyası çox yaxşı olan, amma hadisələri qabaqcadan görə bilməyən sürücüdən, reaksiyası bir qədər zəif olsa belə, uzağı görən və vəziyyəti düzgün qiymətləndirən sürücü daha yaxşı nəticə göstərə bilər. Çünki reaksiya hər zaman kömək etmir. Təhlükəsiz sürücülüyün əsas prinsiplərindən biri hadisələrin inkişafını öncədən təxmin etməkdir”, – deyə o vurğulayıb.
Həm qadın, həm də kişi sürücülərə təhlükələri əvvəlcədən görmək və riskləri qiymətləndirmək bacarığı aşılandıqda, onların yol hərəkətində təhlükəsiz davranış səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir.
Mütəxəssisin sözlərinə görə, müasir sürücülük təlimlərinin əsas məqsədlərindən biri də sürücülərdə müdafiəedici idarəetmə vərdişlərinin formalaşdırılması, təhlükəli vəziyyətləri baş verməmişdən əvvəl müəyyən etməyi öyrətməkdir.
Eltac Zülfüqaroğlu
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF












