Sürücülərin bu yanaşması qəzalara səbəb olur – MÜTƏXƏSSİS - VİDEO

Avtomobil idarə etmək yalnız sükan arxasında hərəkət etmək deyil, eyni zamanda hər an düzgün qərarlar qəbul etmək bacarığı tələb edir.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb.
Onun sözlərinə görə, maşın sürmək başdan-ayağa qərar qəbul etmək prosesidir və sürücü hər bir yol vəziyyətində düzgün qərar verməyi bacarmalıdır.
Aqil Rəhimov bildirib ki, bir çox yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəbi sürücülərin yalnız öz haqlarına arxalanmalarıdır:
"Maşın sürmək hər an düşünmək və vəziyyəti analiz etmək deməkdir. Bəzən sürücülər düşünürlər ki, onlar qaydalara əməl edirlərsə, qarşı tərəf də mütləq qaydalara əməl etməlidir. Lakin reallıqda hər kəs eyni məsuliyyətlə davranmır. Buna görə də sürücü yalnız özünün haqlı olmasına güvənməməli, eyni zamanda başqalarının mümkün səhvlərini də nəzərə almalıdır."
Mütəxəssis sürücülərə digər nəqliyyat vasitələri ilə təhlükəli manevrlərə, xüsusilə də "kəsmə" və ya "kıraş" kimi davranışlara yol verməməyi tövsiyə edib.
Onun sözlərinə görə, qəzada günahkar tərəfin müəyyənləşdirilməsi sürücünün itirdiyi vaxtı və yaşadığı problemləri geri qaytarmır:
"Bəzən insanlar düşünürlər ki, qarşı tərəf günahkardırsa, problem də onun olacaq. Halbuki qəza baş verəndən sonra hər iki tərəf vaxt itirir. Avtomobilin təmiri, sığorta prosedurları, yol polisi ilə bağlı proseslər və digər məsələlər sürücünün əlavə vaxt və əsəb sərf etməsinə səbəb olur."
Aqil Rəhimov vurğulayıb ki, təhlükəsiz sürücülüyün əsas prinsipi özünü qoruyaraq hərəkət etməkdir:
"Yolda əsas məqsəd haqlı çıxmaq deyil, mənzil başına təhlükəsiz çatmaqdır. Buna görə də sürücülər daim ehtiyatlı olmalı, başqalarının səhvlərini əvvəlcədən nəzərə alaraq müdafiəedici sürücülük prinsiplərinə əməl etməlidirlər".
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












