Sürücülərin diqqətinə; Bu yolda sol zolaqla hərəkət etmək qəzaya səbəb ola bilər - VİDEO

Paytaxt yollarında bir çox hallarda sürücülərin birtərəfli yollarda zolaq seçimində səhlənkarlıq etməsi müşahidə olunur. Xüsusilə yeni sürücülər belə yollarda istənilən zolağı seçməkdə təhlükə görmürlər. Lakin bu, real qəza riskləri yaradır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov mövzu ilə bağlı öz sosial şəbəkə hesabında paylaşıb edib. O bildirib ki, bir tərəfli yolda olmağınıza baxmayaraq, istənilən zolaqda rahat hərəkət etmək doğru deyil:

“Bu, Bakı Dəmiryol Vağzalının arxasındakı yoldur (Xətai prospektini nəzərdə tutur). Birtərəfli hərəkət təşkil olunur. Yeni sürənlər fikirləşə bilər ki, burada heç bir xəta yoxdur, istənilən zolağı tutum, qabaqdan maşın gəlməyəcək ki. Amma skuter gələ bilər, moped gələ bilər, hətta maşın da gələ bilər. Bir fikir verin, bu avtomobilin sürücüsü əks istiqamətdə gəlir. Ona görə döngələrdə, bir tərəfli yollarda belə sağ zolağı tutun”.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












