Sürücülərin gözdən qaçırdığı təhlükə ağır qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO

Bir anlıq səhv qərar günahsız sürücünün qəzaya düşməsinə səbəb ola bilər. Mütəxəssis sürücüləri hərəkət zamanı yalnız qarşıdakı yolu deyil, ətrafdakı bütün mümkün riskləri də əvvəlcədən qiymətləndirməyə çağırır.
Bir çox sürücü hər gün avtomobil idarə etsə də, yol hərəkəti zamanı ətrafda yaranan gizli təhlükələri vaxtında qiymətləndirə bilmir. Nəticədə isə başqa bir sürücünün qəfil reaksiyası zəncirvari yol-nəqliyyat hadisəsinə səbəb ola bilir.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb.
Onun sözlərinə görə, bəzi təhlükələr ilk baxışdan görünməsə də, onları əvvəlcədən təhlil etmək mümkündür.
"Videoda ilk baxışdan hər hansı təhlükə nəzərə çarpmır. Lakin diqqətlə baxdıqda yolun sol zolağında yüksək sürətlə hərəkət edən avtomobil və sağ tərəfdə məhəllədən əsas yola çıxmağa hazırlaşan nəqliyyat vasitəsi görünür. Əgər həmin avtomobil qəfil hərəkət etsəydi, soldakı sürücünün əyləc tətbiq etməyə vaxtı çatmaya bilərdi. Belə vəziyyətdə o, instinktiv olaraq sükanı sağa çevirəcək və sağ zolaqda hərəkət edən avtomobillə toqquşma riski yaranacaqdı", – deyə Aqil Rəhimov bildirib.
Məşqçi qeyd edib ki, bu cür vəziyyətlər "instinktiv manevr" adlanır. Sürücü təhlükədən yayınmaq üçün ani qərarla sükanı başqa istiqamətə çevirir. Lakin bu manevr çox vaxt daha ağır nəticələrə səbəb olur və qəza təhlükəsini artırır.
Belə risklərin qarşısını almaq üçün sürücülər yalnız öz hərəkətlərini deyil, digər hərəkət iştirakçılarının mümkün səhvlərini də əvvəlcədən nəzərə almalıdırlar. Xüsusilə məhəllə çıxışlarında, yolayrıcılarında və görünmə məhdud olan ərazilərdə sürəti azaltmaq, təhlükəsiz ara məsafəsini saxlamaq və əyləcə hazır olmaq vacibdir.
Aqil Rəhimov vurğulayıb ki, peşəkar sürücülük yalnız qaydaları bilməkdən ibarət deyil. Ən vacib bacarıqlardan biri təhlükəni bir neçə saniyə öncədən görmək və hadisələrin mümkün inkişafını əvvəlcədən analiz etməkdir. Bu yanaşma bir çox yol-nəqliyyat hadisəsinin qarşısını almağa imkan verir.
Eltac Züflüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












