Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə yol kənarındakı hündür kol və ağacların yaxınlığında hərəkət zamanı daha diqqətli olmağı tövsiyə edib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, yolun kənarında yerləşən hündür kollar, ağaclar və digər görməni məhdudlaşdıran maneələr sürücülər üçün əlavə risk yaradır. Belə ərazilərdə piyadaların qəfil şəkildə yola çıxması ehtimalı yüksək olur.
Aqil Rəhimov bildirib ki, sürücülər hərəkət zamanı yalnız qarşıdakı yolu deyil, həm də yolun kənarındakı potensial təhlükələri nəzərə almalıdırlar. Xüsusilə insanların görünməsini məhdudlaşdıran kol və ağacların olduğu yerlərdə sürəti azaltmaq və ehtiyatlı davranmaq vacibdir.
“Belə ərazilərdə piyadalar qəfil şəkildə yolun hərəkət hissəsinə çıxa bilərlər. Bəzən insanlar ətrafa diqqət yetirmədən kol və ya ağacların arxasından yola daxil olurlar. Bu isə sürücülər üçün gözlənilməz vəziyyət yaradır və qəza riskini artırır”, – deyə o qeyd edib.
Bu cür yerlərdə mümkün olduqda orta zolaqla hərəkət etmək daha təhlükəsiz seçim hesab oluna bilər. Bu, qəfil yola çıxan piyadaya reaksiya vermək və təhlükəli vəziyyətdən yayınmaq üçün sürücüyə əlavə imkan yaradır.
Sürücülər yolun görünən hissəsinə aldanmamalı, görünməyən təhlükələri də nəzərə almalıdırlar. O hesab edir ki, risklərin əvvəlcədən qiymətləndirilməsi və ehtiyatlı sürücülük bir çox yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına kömək edə bilər.
Məşqçi sürücülərə hər zaman diqqətli olmağı, xüsusilə yaşayış məntəqələrində, parkların, məktəblərin və sıx yaşıllıq olan ərazilərin yaxınlığında sürəti azaltmağı tövsiyə edib. Bir neçə saniyəlik ehtiyatlı davranış ağır nəticələrə səbəb ola biləcək hadisələrin qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












