Yolda "mən haqlıyam" düşüncəsi qəzaya səbəb olur: Sürücülərə tövsiyə – VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə yolda üstünlük uğrunda mübahisəyə girməməyi və aqressiv davranışdan çəkinməyi tövsiyə edib.
Avtosfer.az xəbər verir ki, bu fikirləri "AvtoFM"in efirində səsləndirib.
Onun sözlərinə görə, bir çox yol-nəqliyyat hadisəsi sürücülərin qarşı tərəfə yol vermək istəməməsi və "mən haqlıyam" düşüncəsi ilə hərəkət etməsi nəticəsində baş verir.
Aqil Rəhimov bildirib ki, bəzi sürücülər zolaq dəyişmək istəyən avtomobili qəsdən buraxmır, hətta "qoy vuraram" düşüncəsi ilə hərəkət edirlər. Halbuki belə davranış qəza riskini əhəmiyyətli dərəcədə artırır.
O qeyd edib ki, qəza əleyhinə kurslarda iştirak edən sürücülərə də hər zaman eyni tövsiyəni verir:
"Tələbələrimə izah edirəm ki, əgər kimsə zolağa daxil olmaq istəyirsə, onu buraxın. Özünüzə sual verin: sizə nə lazımdır – qarşı tərəfdən birinci olmaq, yoxsa özünüzü, avtomobilinizi və sərnişinlərinizi təhlükəsiz şəkildə mənzil başına çatdırmaq? Ən doğru qərar yol verməkdir."
Məşqçi vurğulayıb ki, özü də eyni prinsiplə hərəkət edir və əsas məqsədi qəzadan yayınmaqdır:
"Mən də yol verirəm. Məqsədim odur ki, avtomobilim zədələnməsin, sərnişinlərimə və tələbələrimə zərər dəyməsin. Çünki qəza baş verdikdən sonra günahkar olub-olmamağın artıq elə də böyük əhəmiyyəti qalmır. Əsas məsələ həmin hadisənin baş verməsinin qarşısını almaqdır."
Aqil Rəhimov əlavə edib ki, sürücülər yolda emosiyalarına deyil, təhlükəsizlik prinsiplərinə üstünlük verməlidirlər. "Haqlı olmaq" istəyi bəzən ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. Bu baxımdan, digər sürücüyə bir neçə saniyə vaxt vermək həm insan həyatı, həm də maddi ziyanın qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












