Ard-arda təhlükəli ötmə edən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO

Pirşağı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 26-da saat 16:17 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, sıxlıqda dayanmaq istəməyən 99-UO-277 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü təhlükəli ötmə əməliyyatı həyata keçirib. Belə ki, sürücü qarşısında hərəkət edən avtomobili ötmək məqsədilə əks hərəkət zolağına çıxıb. Bu zaman qarşı istiqamətdən avtomobilin yaxınlaşdığını görərək tələsik şəkildə yenidən öz hərəkət zolağına qayıdıb və görüntünü qeydə alan nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb.
Lakin sürücü bununla da kifayətlənməyib. O, qısa müddət sonra yenidən əks hərəkət zolağına çıxaraq təhlükəli ötmə manevri edib və eyni vəziyyətin təkrarlanmasına səbəb olub. Görüntülərdə sürücünün qarşıdan gələn nəqliyyat vasitəsini görməsinə baxmayaraq, ötmə əməliyyatını davam etdirməsi və son anda qarşısındakı avtomobilin önünə keçərək zolağa qayıtması aydın şəkildə əks olunub.
Sürücünün bu cür məsuliyyətsiz davranışı həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına qoyub.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












