Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO

Balaxanı-Mehdiabad yolunda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, 20-BY-954 nömrəli “Toyota”nın sürücüsü ötmə əməliyyatı üçün əks zolağa çıxıb. Bu zaman qarşıdan avtomobillərin gəldiyini görən sürücü yenidən öz zolağına qayıtmağa çalışıb. Lakin həmin istiqamətdə yaranan sıxlıq onun manevrini çətinləşdirib.
Nəticədə sürücü öz zolağına qayıdarkən digər avtomobillərdən birinin yan güzgüsünə toxunub.
Sonda “Toyota”nın sürücüsü çətinliklə də olsa, manevrini tamamlayaraq hərəkət zolağına qayıda bilib.
Xatırladaq ki, sürücü ötməyə başlamazdan əvvəl onun təhlükəsizliyinə əmin olmalıdır. Bunun üçün təkcə qarşıdan gələn nəqliyyat vasitələrinin məsafəsini deyil, ötmədən sonra öz zolağında yaranmış vəziyyəti də nəzərə almaq vacibdir. Əks halda, sürücü bu videoda olduğu kimi, həm qarşıdan gələn avtomobillər, həm də öz zolağındakı sıxlıq səbəbindən çıxılmaz vəziyyətə düşə bilər.
Nərmin
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO












