Avtobus nişanı olmayan yerdə sürücüyə cərimə yazıldı - İDDİA - VİDEO

Bakıda haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, cərimə aprelin 27-də, paytaxtın Gəncə prospektində tətbiq edilib. Sürücü bildirir ki, idarə etdiyi 99-BS-284 qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə Xudu Məmmədov küçəsindən sağa — Gəncə prospektinə dönüb və avtobus zolağını qırıq-qırıq xətdə tərk edib. Lakin ona cərimə yazılıb.
Qərara əlavə edilmiş videodan da aydın şəkildə görünür ki, avtobus zolağının sərhədini bildirən bütöv xətt silindiyi üçün əvvəlki qırıq xəttlər üzə çıxıb. Sürücü də bunu üstün tutaraq imkan yarandığı zaman qırıq xətdə zolağı tərk edib.
O, bir neçə gün sonra həmin əraziyə gedib çəkiliş aparan zaman məlum olub ki, nişanlanma xəttini yeniləyiblər. Sözügedən küçədən sağa dönən yerdə isə ümumiyyətlə avtobus zolağını bildirən 5.9 nişanının olmadığını üzə çıxarıb.
Sürücü yazılmış cərimənin haqsız olduğunu bildirir və bu səbəbdən həmin qərarın ləğv edilməsini xahiş edir.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












