Avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır - VİDEO

Bu avtobusa sözün əsl mənasında çatmaq mümkün deyil. Avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır. Təhlükəli kadrlar Bakı-Qazax yolunun Qobustandan keçən hissəsində çəkilib. Üzü paytaxt istiqamətində hərəkət edən avtobusun sürücüsü havanın dumanlı olmasına məhəl qoymayıb. Avtobus sürücüsü sərnişinlərin həyatını risqə atmaqdan çəkinmir. Avtobus azı saatda 140 km/ sürətlə hərəkət edir. Üstəlik manevrlər də edir. Qaydaları pozan avtobusun dövlət qeydiyyat nişanı 99-SH-403-dür.
Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, bu videoda birmənalı olaraq yol hərəkəti haqqında qanunvericiliyin tələbləri pozulub. Ekspertin sözlərinə görə, avtobusların magistral yolda icazə verilən sürəti maksimum 90km/saatdır. Burada isə sürücü qanunun tələbini kobudcasına pozub.
Ekspert təklif edir ki, avtobuslara taxoqraflar quraşdırılsın. taxoqraflar sürücülərin bütün hərəkətlərini izləməyə imkan verir. Üstəlik sənişin avtobuslarına sürətə nəzarət edən xüsusi cihazlar da quraşdırıla bilər. Həmin cihazlar isə sürət həddinin aşılmasının qarşısını alır.
Məsələ ilə bağlı dövlət avtomobil nəqliyyatı xidmətinin sözçüsü Nuridə Allahyarova bildirdi ki, artıq avtobusun hansı daşıyıcı şirkətə aid olduğu müəyyən edilib. Daşıyıcı şirkət qarşısında sürücü ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı tələb qoyulub.
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO












