Banner

Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO

Qaydalar 20 Oktyabr 2026 18:00
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qayda pozmadığı halda cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Zaur Nudirəliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində baş verib.

Belə ki, sürücü Pərviz Ələsgərovun sözlərinə görə, idarə etdiyi 99-NR-791 qeydiyyat nişanlı "KIA" markalı avtomobillə sözügedən kəsişmədə avtobus zolağını bildirən nişan olmadığı vaxt sağa dönərək sağ zolaqla hərəkətini davam etdirib. Lakin bu hərəkətinə görə, kamera vasitəsilə barəsində inzibati qərar çıxarılıb.

Sürücü qərardan narazı qalaraq onun ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə onun barəsində tətbiq edilmiş qərarı ləğv edərək işə yenidən baxılması üçün Dövlət Yol Polisi İdarəsinə göndərib. Ancaq sürücünün bildirdiyinə görə, həmin vaxtdan indiyədək məsələ ilə bağlı hər hansı yeni qərar qəbul edilməyib.

Diqqətçəkən məqam isə cərimənin tətbiq olunduğu tarixlə nişanın quraşdırıldığı vaxt arasındakı fərqdir. Belə ki, sürücüyə qərar iyulun 2-də tətbiq edilib, avtobus zolağını bildirən nişan isə həmin kəsişmədə iyulun 13-də quraşdırılıb. Nişanın quraşdırılması anı yaxınlıqdakı obyektin müşahidə kamerası tərəfindən də qeydə alınıb.

Sürücü həmin vaxt qayda pozuntusuna yol vermədiyini əsas gətirərək barəsində çıxarılmış qərarın ləğv edilməsini xahiş edir.

 

Fərid

bax.tvhttps://player.bax.tv/embed/228046.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 620
ŞƏRH YAZ
Ad

E-mail

Şərh