Avtobusun arxasından qəfil çıxan sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO

Abşeron rayonunun Saray qəsəbəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.
Belə ki, ara küçədən çıxan 01-AA-131 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü əks istiqamətdə hərəkətdə olan avtomobilə məhəl qoymadan manevr edib. Nəticədə görüntünü qeydə alan avtomobil üçün qəza şəraiti yaranıb.
Xoşbəxtlikdən, təhlükə ilə üzləşən sürücü ehtiyatlı davranaraq toqquşmanın qarşısını ala bilib.
Kadrlardan görünür ki, “Chevrolet”in sürücüsü dayanmış avtobusun arxasından qəfil çıxaraq dönməzdən əvvəl yola lazımi diqqət yetirməyib.
Belə halların qarşısını almaq üçün sürücülər manevr zamanı yolu və digər hərəkət iştirakçılarını diqqətlə nəzərdən keçirməlidirlər.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












