Azərbaycanda sığorta əməkdaşı 11 nəfərə "atdı" - Sürücülər cərimələndi

Özünü sığorta şirkətinin əməkdaşı kimi təqdim edən şəxs 11 nəfərə qarşı dələduzluq edib. Avtosfer.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Belə ki, şəhər sakini Mehdi Abbasov idarə etdiyi "KamAZ" markalı yük maşınını sığorta etdirmək üçün şirkətə müraciət edib. Ona şirkətin Anar Aslanov adlı işçisi yaxınlaşaraq nəqliyyat vasitəsini sığorta edəcəyini bildirib və ondan nəzərdə tutulmuş məbləği alıb. Dələduzluq faktı yük maşınına yazılmış cərimələrdən sonra üzə çıxıb. Şirkət ənəkdaşının pulu aldıqdan sonra bildiriş verməsinə baxmayaraq, məbləğin sistemdə öz əksini tapmadığı məlum olub. Zərərçəkmiş Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək ona dəymiş ziyanın geri qaytarılmasını tələb edib.
Məsələ ilə bağlı şirkətinin rəsmisi Asif Abbasov "Report"a vətəndaşın dələduzluqla üzləşdiyini və artıq həmin əməkdaşın işdən kənarlaşdırıldığını bildirib.
Araşdırmalar nəticəsində onun zərəçəkmiş Mehdi Abbasovla birlikdə 11 nəfərə qarşı dələduzluq etdiyi ortaya çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












