Bakıda polisdən qaçaraq xuliqanlıq edən motosiklet sürücüsü axtarılır - VİDEO

"Ötən gün Bakıda polisin "saxla" əmrinə tabe olmayaraq, qaçmağa cəhd edən motosiklet sürücüsünün şəxsiyyəti müəyyən edilir və onun aşkar edilərək inzibati məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər həyata keçirilir".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır.
"Bu cür hüquqazidd halların qarşısının alınması məqsədilə Dövlət Yol Polisi tərəfindən gündəlik nəzarət və profilaktik tədbirlər davam etdirilir. Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə təhdid yaradan istənilən hərəkətə hüquqi qiymət veriləcək, məsuliyyətə cəlb olunma təmin ediləcək. Yol hərəkəti qaydalarına etinasız münasibət təkcə bir sürücünün deyil, bütöv cəmiyyətin təhlükəsizliyinə təhdiddir. Təhlükəsiz yol hərəkəti mədəniyyəti hamımızın ortaq məsuliyyətidir", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, metronun "Həzi Aslanov" stansiyası yaxınlığında yüksək sürətlə hərəkət edən və motosiklet sürücüsü digər hərəkət iştirakçılarına da təhlükə yaradıb. Polis əməkdaşlarının xəbərdarlıqlarına məhəl qoymayan şəxs xuliqanlıq hərəkətləri törədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












