Bakıda ticarət köşklərinin sahibləri soyuducuları ağaclara bağlayır – ŞİKAYƏT - FOTO

Uzun müddətdir həm Bakıda, həm də digər bölgələrdə kioskların fəaliyyəti ilə bağlı sakinlər arasında narazılıq artmaqdadır. Belə ki, vətəndaşlar “qəzet köşkü” adı altında fəaliyyət göstərən kioskların artıq onlar üçün nəzərdə tutulan fəaliyyət zonalarını genişləndirmələrindən şikayət edir. Kioskların ən çox şikayət edilən tərəfi isə onların səkiyə soyuducular düzüb su, dondurma və s. satmasıdır.
Avtosfer.az xəbər verir ki, yaranmış mənzərə ilə bağlı Sumqayıt şəhərində bir neçə dəfə reydlər keçirilsə də, analoji reydlərin Bakıda keçirilməsi hələ də görülməyib. Bu səbəbdən Bakıda qeyd edilən ticarət obyektlərinin fəaliyyəti bir növ nəzarətsiz qalıb.
Vətəndaşların narazılıqları bir tərəfə, kiosk sahibləri bütün şikayətlərə rəğmən hətta soyuducuları Bakının küləyindən qorumaq üçün onları ağaca bağlamaqdan da çəkinmirlər. Nəinki səkini zəbt edirlər, hətta vətəndaşın yoluna da sədd çəkməyi belə gözə alırlar. Yasamal rayonu Landau küçəsində (Hüseyn Cavid parkının yanı) quraşdırılan köşk də küləkdən soyuducuları qorumaq üçün eyni üsula əl atıb.
Şəhər sakinləri aidiyyəti qurumları ticarət köşklərinin fəaliyyətini nəzarətdə saxlamağı və səkiləri piyadalar üçün qorumağı tələb edirlər.
Səfər

Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












