Bilmirsən avtobus zolağıdır, yoxsa tələ - Nişanlanma xəttində nöqsan var - VİDEO

Bakıda sürücülərin təhlükə ilə üz-üzə qaldığı yolayrıcı ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət avtovağzal dairəsi kimi tanınan ərazidən gedir.
Belə ki, sürücülər yolayrıcından sağa - avtovağzal istiqamətinə dönən zaman avtobus zolağına daxil olmaq məcburiyyətində qalırlar. Lakin avtobus zolağını tərk etmək üçün qırıq xətlər təşkil edilmədiyindən, sürücülərə kütləvi şəkildə cərimələr yazılır. Hərəkət elə təşkil edilib ki, sağa dönən sürücülər məcburən ikinci zolağa dönməli olurlar. Bu isə hər iki istiqamətdən gələn nəqliyyat vasitələri üçün təhlükəli hesab edilir. Hətta "Yol hərəkəti haqqında" qanunun müddəalarına əsasən, sağa dönən sürücü ən sağ zolağa manevr etməlidir. Lakin bu yolayrıcında sağ zolağa manevr etmək 100 manatla nəticələnir.
Ümid edirik ki, aidiyyəti qurumlar paytaxt yollarında təşkil edilmiş bu cür avtobus zolaqlarının standarta uyğun şəkildə dəyişdirilməsini təmin edəcək.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












