COP29 zolaqlarından istifadə edərək qəza şəraiti yaradanlar hələ də var - RƏSMİ AÇIQLAMA

Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə xüsusi zolaqlar təşkil edilib. Bununla yanaşı ölkəmizdə keçirilən COP29 beynəlxalq konfransının iştirakçılarını daşıyan nəqliyyat vasitələrinin təhlükəsiz şəraitdə mənzil başına çatmaları üçün üzərinə COP29 loqosu qeyd olunan zolaqlar müəyyələşib.
Avtosfer.az xəbər verir ki, bu zolaqlardan avtomobil idarə etmək digər nəqliyyat vasitələrinə qadağan edilsə də, yenə də bəzi sürücülərin zolaqda tıxaclara səbəb olması kimi faktlarla rastlaşmaq mümkündür.
Məsələ ilə əlaqədar, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli saytımıza açıqlamasında bildirdi ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

“Qanunvericiliyin tələblərinə əsasən, “Yol Hərəkəti Haqqlnda” qanunun 48-ci maddəsinə uyğun olaraq, əgər zolağın müəyyən hissəsi qırıq-qırıq xətlərlə ayrılmışdırsa, sürücülər həmin hissədən zolağa girə, sürücülər dönmə edərkən, yaxud da sərnişin mindirib-düşürərkən bu zolağa daxil ola bilərlər və bu hərəkətlər ümumilikdə həmin zolaqda hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır. Bəzən digər nəqliyyat avsitələri həmin zolağa anidən manevr edərək qəza şəraiti də yaradırlar. Belə hallar aşkarlandıqda, ərazidə xidmət aparan yol-patrul əməkdaşları, eləcə də, xüsusi texniki vasitə ilə dəqiqləşdirildikdə, həmin sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 2 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub”.
Bölmə rəisi sonda onu da qeyd edib ki, bu cür tədbirlərin görülməsində məqsəd sürücülərə cərimə tətbiq etmək deyil, zolaqda hərəkəti nəzərdə tutulan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Sürücülərdən xahiş olunur ki, zolaqlardan istifadə etməsinlər, əks halda qanunamüvafiq addımlar atılacaq.
Səfər
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












