Dairədəki avtomobilə yol verməyib qəza şəraiti yaratdı - 10-DJ-014 - VİDEO

Paytaxtın Nərimanov rayonu, Albert Aqarunov və Zaur Nudirəliyev küçələrinin kəsişməsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 7-də saat 09:20 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 10-DJ-014 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub.
Belə ki, o, dairə boyunca hərəkətdə olan avtomobili gözləmədən hərəkətinə davam edib. Nəticədə o, görüntünü qeydə alan
nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb.
Xatırladaq ki, dairəvi hərəkətin təşkil olunduğu yolayrıclarında əsas prinsip dairənin daxilində olan nəqliyyat vasitələrinin hərəkət üstünlüyünün təmin edilməsidir. Bu qaydaya əməl olunmaması yolayrıcında nəqliyyat axınının pozulmasına, qəfil əyləcləmə və toqquşma riskinin artmasına səbəb olur.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












