Əhalinin ən sıx yaşadığı küçələrin səkilərini belə zəbt edirlər - FOTO

Paytaxt küçələrində piyadaların hərəkətinə mane olan mənzərələr gündəlik hal alıb.
Avtosfer.az xəbər verir ki, ən çox şikayət edilən məsələlərdən biri sürücülərin avtomobillərini səkilərdə saxlamasıdır. Bu isə həm piyadaların rahat hərəkətinə, həm də ümumi təhlükəsizliyə ciddi problemlər yaradır.
Sakinlərin sosial şəbəkədə paylaşdığı fotolardan da görünür ki, bir sıra avtomobillər səkidə parklandığı üçün piyadalar yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsi ilə irəliləməyə məcbur qalırlar.
Belə ki, Nərimanov rayonu Xaqn Şuşinski küçəsində 77-AC-799 və 50-EJ-825 nömrə nişanlı “BMW” markalı avtomobillər, Yusif Vəzir Çəmənzəminli küçəsində isə 90-XA-271 nömrə nişanlı “Mercedes” markalı və 77-DV-900 nömrəli “Ford” markalı avtomobillər səkiyə dırmaşdırılıb.
Eyni vəziyyət İnşaatçılar prospektində də yaşanıb. 77-QS-570, dövlət nömrə nişanlı müvafiq olaraq “Mercedes” markalı avtomobillər hər gün bu ərazidə park edilir və sakinlərə çətinlik yaradır.
Ekspertlər bildirirlər ki, əgər şəhərin istənilən küçəsində, hətta obyektlərin qapısına qədər avtomobil sürməyə şərait yaradılarsa, insanların şəxsi maşından imtina edib ictimai nəqliyyata üstünlük verməsi mümkün olmayacaq. Bu səbəbdən əvvəlcə dağıdılaraq parkinq meydançasına çevrilmiş səkilərin bərpa edilməsi, sonra isə vətəndaşların avtobusdan istifadəyə və piyada gəzməyə təşviq olunması vacib hesab edilir.
Eltac Zülfüqaroğlu


Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












