Əks zolağa çıxıb “Range Rover”lə boş yolda “şou” göstərdi - VİDEO

Ağcabədi rayonu ərazisində qaydaları kobud şəkildə pozan sürücü videosunu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 77-FV-870 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Kadrlardan görünür ki, sürücü həmin an özünü mobil telefonla çəkdiyi üçün sükanı bir əllə idarə edir.
Diqqətçəkən məqam isə yolun boş olmasına baxmayaraq bu manevrin “şou” məqsədilə edilməsidir. Bir qədər sonra qarşıdan avtomobilin yaxınlaşdığını görən sürücü yenidən öz hərəkət zolağına qayıdıb.
Qeyd edək ki, bu cür davranışlar yalnız sürücünün deyil, qarşıdan gələn nəqliyyat vasitələrinin də təhlükəsizliyini risk altına qoyur. Üstəlik, sükan arxasında telefonla məşğul olmaq reaksiyanı zəiflədir və qəzadan qaçış məsafəsini minimuma endirir. Yolun boş görünməsi isə təhlükənin olmadığı anlamına gəlmir – sürücünün bir neçə saniyəlik diqqətsizliyi ağır nəticələrə səbəb ola bilər.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












