Gürcüstandan gətirilən maşını necə idarə etmək olar? – Qanun belə deyir

Avtosfer.az saytına müraciət edən Gürcüstan vətəndaşı deyir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən ona Azərbaycan Respublikasında işləmək və yaşamaq hüququ verilib. Hal-hazırda Bakı şəhərində, bankların birində 5 illik rəsmi müqavilə əsasında işləyir.
Gürcüstandan şəxsi istifadəsi üçün minik avtomobili gətirib və ondan hər 3 aydan bir sərhəddən giriş-çıxış etmək tələb olunur.
Müraciət edən şəxs deyir ki, müqavilə ilə uzun müddət işləyən xarici vətəndaşa (müqavilənin başa çatacaq tarixə qədər) avtomobili daha sadə yolla Azərbaycanda saxlamaq mümkündürsə niyə hər 3 aydan bir vaxt itkisi və əlavə xərc çəkməlidir?
Ümumiyyətlə bu cür vəziyyətlə qarşı-qarşıya olan xarici ölkə vətəndaşları nə etməlidir?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov deyir ki, Yol Hərəkəti haqqında Qanunun 27-ci maddəsində bu məsələ öz əksini tapıb. “Həmin şəxs Dövlət Miqrasiya Xidmətindən aldığı uzunmüddətli icazə sənədi əsasında Gömrük orqanından avtomobilin Azərbaycanda müvəqqəti olması üçün razılıq və geri qaytarılması barədə öhdəlik haqqında sənəd almalıdır. Çünki qanunda deyilir ki, Gömrük orqanının icazəsi əsasında həmin avtomobil Azərbaycan ərazisində müvəqqəti qeydiyyata alına bilər. Gömrük orqanından müvafiq sənəd alındıqdan sonra şəxsə yaşamaq üçün icazə verilən ərazi üzrə yol polisinin İmtahan Qeydiyyat şöbəsinə müraciət edilməlidir. Bundan sonra müvəqqəti olaraq həmin avtomobilin xarici ölkədə verilmiş qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlı alınmalı və ona Azərbaycanda müvəqqəti qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilməlidir. Bu qanunda nəzərdə tutulub və müraciət edən şəxs bu hüquqdan istifadə edə bilər.”
Orxan Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












