Keçiddə üç nəfəri vuran sürücünün cinayət işi məhkəməyə göndərilib

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Natiq Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yenidən başa çatıb. "Report"un məlumatına görə, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Anar Tanrıverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 16-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 29-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində baş verib. Həmin ərazidə 1986-cı il təvəllüdlü N.Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı, 99 NU 793 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə piyada keçidinin üzərində yolu keçməyə çalışan 3 gənci - 1996-cı il təvəllüdlü Bəndalıyev Nahid Zahid oğlu, 1995-ci il təvəllüdlü Bayramlı Tərxan Rəfail oğlu və 2001-ci ildə anadan olmuş Rəsulov Nicat Həyat oğlunu vurub. Nəticədə 22 yaşlı N.Rəsulov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Digər 2 piyada isə müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












